Həqiqətən də vətənə olan həqiqi eşq Quran və Əhli-beytə (əleyhimus səlam) olan bağlılıqdan və eşqdən yaranır.
Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Azərbaycan Respublikasının hərbiçiləri İkinci Qarabağ Müharibəsini Allah Təalaya ibadətləri ilə müqəddəsləşdirmişlər.
Ateistlər, manıslar və s-dən fərqli olaraq kərbalayılar, məşhədilər və hacılar silahlanaraq vətənin keşiyində durmağı və işğal olunmuş ərazilərimizi erməni düşmən qüvvələrinin caynağlarından azad etdilər.
Həqiqətən də vətənə olan həqiqi eşq Quran və Əhli-beytə (əleyhimus səlam) olan bağlılıqdan və eşqdən yaranır.
Həzrət Mühəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurub: “Vaxtında qılınan namaz göyə ucalar və onun elə bir parlaq nuru olar ki, göylərin qapıları onun üzünə açılar və Allahın dərgahına daxil olar. O zaman öz sahibinə dua eder və deyər: Sen əvvəl vaxtında məni qoruduğun kimi, Allah da səni qorusun.
Əgər namaz əvvəl vaxtında qılınmasa və ayrı vaxtda qılınsa, üzü qara göyə ucalar və göylərin qapıları onun üzünə bağlanar. Höhnə və əzilmi bir parça kimi sahibinin üzünə vurular və belə deyər: Allah səni zay etsin, necə ki, məni əvvəl vaxtında zay etdin”.
(Məhasin-bərqi, s-81)
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!