Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya Ordusu və Könüllü Dəstələr Hələb rayonunun Bəni Zeyd məhəlləsində azğın terror qruplarına aid bir neçə silah anbarları kəşf ediblər. Suriya televiziyası bildirib ki, yenicə terror qruplaşmalarının əlindən azad edilən məntəqədən kəşf olunan anbarlardakı bütün silahlar ABŞ istehsalıdır. O cümlədən xeyli sayda TAV raketləri müsadirə edilib. Qeydedək ki, Suriya Ordusu hərbidə ABŞ silahlarından istifad etmir. ABŞ-a məxsus olan bu silahlar Amerika tərəfindən yaradılan qondarma anti-İŞİD koalisiyası tərəfindən və həmçinin Türkiyə tərəfindən terror qruplaşmalarına ötürülür.

31 iyul 2016 - 13:32

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır