Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, qondarma İŞİD terror qruplaşmasının Somali qolu olan əl Şəbab terror qruplaşması bəyanat yayımlayaraq deyib: “Həftənin ikinci günü paytaxt Mqadişoda həyata keçirilən intihar əməliyyatının icraçılarından biri Somalinin sabiq millət vəkili olub.” Əl Şəbab deyib: “Muqadişo hava limanı yaxınlığında 13 nəfərin ölümü ilə nəticələnən bomba kəmərilə həyata keçirilən iki itihar əməliyyatının icraçısından biri 53 yaşlı Saleh Nuh İsmail olub.” Qeyd edək ki, Saleh Nuh İsmail 2010-cu ildə Somali parlamentindən istefa verərək millət vəkillərini kafir adlandırıb.

28 iyul 2016 - 06:37

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır