Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ-ın Cənubi Koreyada raket əleyhinə müdafiə sisteminin “Thaad” yeni nəslini yerləşdirmək istəyi, koreyalıların hiddətinə səbəb olub. İnşası nəzərdə tutulan raket əleyhinə müdafiə sistemi San Cu rayonunda həyata keçiriləcək. San Cu rayon sakinləri bu məsələdən bərk nigəran olaraq anti-ABŞ aksiyalara qoşulublar. Koreyalılar amerikalıların ölkələrindən çıxmaqlarını tələb ediblər. Sakinlərdən bir qismi Amerikaya etiraz əlaməti olaraq saçlarını kəsdiriblər.
26 iyul 2016 - 15:32
Xəbər kodu: 768135
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır