Şeytani ünsürlər
Təcili: Sələfi terrorçuları İraqda İmam Hadinin (ə) övladının hərəmini partlatdı, 100-dən çox Şəhid və yaralı var-Foto
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, sionist israil rejimi, ABŞ, Qərb dövlətləri, İngiltərə, Türkiyə, Səudi Ərəbistan və Ərəb Liqası tərəfindən dəstəklənən sələfi əqidəli “İŞİD” terror qruplaşması İraqın Səlahəddin vilayətinin Bələd məntəqəsində yerləşən İmam Hadinin (əleyhi səlam) övladı seyid Muhəmməd ibni Əli Əl-Hadinin (əleyhimə səlam) hərəminə ardıcıl 3 intihar və havan hücumu həyata keçirib. Hadisə zamanı 50 zəvvar şəhid olub, 65 nəfər isə yaralanıb. İraqın Sədr hərəkatının rəhbəri Muqtəda Əs-Sədr öz tabeliyində olan Sərayə Əs-Səlama (Sülh briqadaları) qüvvələrini bölgəyə göndərərək, oradakı təhlükəsizliyi təmin etmək tapşırığını verib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır