Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya Ordusu ağır təchizatlı silahlarını Rakka şəhəri ətrafında yerləşdirdi. Hərbi təchizatların yerləşdirilməsi əməliyyatı, Suriya Ordusnun son bir neçə gün ərzində Rakka əyalətinə terror qruplaşmalarına qarşı apardığı uğurlu əməliyyatlardan sonra baş tutub. Məlumata görə Suriya Ordusu Rakka beynəlxalq magistital yoluna nəzarəti ələ keçirdib. Sonrakı əməliyyat isə, Rusiya Hava Qüvvələrinin köməkliyi ilə, Rakka şəhərinə hücuma keçməkdir. Qeyd edək ki, son aylar Suriya Ordusu genişmiqyaslı uğurlu əməliyyat həyata keçirərək böyük naliyyətlər əldə edib. Tarixi Tədmur-Palmira şəhəri azad edildikdən sonra isə, növbəti hədəf Rakka şəhərinin azad edilməsidir.

10 iyun 2016 - 16:19

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır