Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, terrorçuların (sələfi İŞİD və sabiq diktator Səddamın sədirlik etdiyi Bəs partiyasının ünsürləri) strateji şəhəri sayılan Fəllucənin azad edilməsi əməliyyatı davam edir. Artıq şəhərin bir qismi terrorçulardan təmizlənib. Yüzlərlə sələfi terrorçu amansızcasına qətlə yetirilib. Xeyli sayda düşmən sürsatı ələ keçib. Qeyd edək ki, Həşdu Şəb Könüllü Dəstəsi ilə İraq Təhlükəsizlik Qüvvələrin tikinti bataliyonu döyüşə başlamazdan öncə Dəclə çayından kanal çəkərək Terrorçuların qazdıqları yeraltı tünelləri doldurublar.

24 may 2016 - 20:34

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır