Yaxın Şərq Xəbərləri
İraq Ordusunun ardıcıl əməliyyatlarında 200-dən çox terrorçu məhv edildi 14 kənd azad oldu - Foto
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq Ordusuna bağlı “Səhra Şahinləri” xüsusi təyinatlıları ilə Həşdu Şəb Könüllü Dəstələrin ölkənin şimal və şimal qərb hissəsində İŞİD terror təşkilatına qarşı müştərək təşkil etdikləri ardıcıl əməliyyatlarda 200-ə yaxın terrorçunu darmadağın ediblər. İraqın Müdafiə Nazirliyi keçirilən əməliyyatda, həmçinin 14 kəndin də işğaldan azad edildiyini açıqlayıb. Bu müddət ərzində İraq hava qüvvələri də eyni regionda terrorçuların sığınacaq yerlərinin müəyyən edərək, bombardman edib.
20 may 2016 - 14:05
Xəbər kodu: 755353
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır