Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Həşdu Şəb və İraq Ordusu artıq Ənbar əyalətində əl Rutbə şəhəri istiqamətində irəliləyişlər əldə edib. Əl Cəzirə rəmzi ilə başlanan əməliyyatın komandiri Əli İbrahim Dəbəun bildirib: “Əl Rutbə şəhəri azad olundu. Belə ki, şəhərdə olan terrorçular əməliyyatın baş tutacağından qorxaraq şəhəri tərk edərək Rəmadinin qərb nahiyyəsində yerləşən Qaim şəhərinə sıxışıblar.” Diyalə şəhərindən alınan məlumata görə isə, yüzlərlə şəhər qaçqınları artıq təhlükəsizlik hiss etdiklərinə görə, öz evlərinə qayıdırlar. Həşdu Şəb Silahlı Bölmənin komandiri Hadi Amiri bu haqda açıqlama verəərk bildirib: “Terrorçuların cinayətlərindən hürküyərək evlərini tərk etmiş yüzlərlə qaçqın ailə İraq Ordusunun Briqada Komandiri Casim Sədi, Sepahe Bədr və Həşdu Şəb Briqadalarnın komandirlərinin müşayiəti ilə, öz evlərinə, Diyalə şəhərinə geri dönüblər. ”

17 may 2016 - 16:00

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır