Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq Ordusu və Həşdu Şəb Könüllü Xalq Qüvvələri Mosulun cənubu, Qanuna bölgəsində geniş miqyaslı hərbi bir əməliyyata başlayıb. Neynəva əyalətinin Milli Məclisi üzvü Muhəmməd əl Həyyali verdiyi açıqlamadabildirib: “İraq Silahlı Qüvvələrinin hava bölmələri və Həşdu Şəb Könüllü Dəstələri birgə keçirtdikləri əməliyyatlarda Neynəva vilayətinin mərkəzi Mosul şəhərinin şimalında yerləşən Başika nahiyəsinə tabe olan Qanuna bölgəsini “İŞİD” terrorçularından təmizləiyb...” Digər tərəfdən İraq Silahlı Qüvvələrin Ortaq Əməliyyatlar Komandanlığı bildirib: “İraq Silahlı Qüvvələri, Ənbar vilayətinin mərkəzi Ramadi şəhərinin şimalında apardıqları anti-terror əməliyyatlarda “İŞİD” terror birləşməni ağır itkilər verməyə məcbur edib. Qarşıdurmalarda terroristlərə aid onlarla uzaqməsafədən idarə olunan partlayıcı vasitələr ilə yanaşı bir pilotsuz təyyarəni zəbt olunub və 157 terrorçunu darmadağınedilib.”

16 may 2016 - 12:34

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır