Xatırladaq ki, Suriya Dövləti atəşkəs rejimini qəbul etdikdən sonra 6 may tarixində “Ceyş əl-Fəth” , “Nüsrə Cəbhəsi”, “Əhraru Şam”, adlı terrorçu qruplaşmalar fürsətdən istifadə edərək 3 mindən artıq zirehli texnika ilə gözlənilmədən gecə yarısı hücuma keçərək Xan Tuman şəhərini ələ keçirtmişlər. May ayının 10-da isə Suriya Ərəb Ordusu ilə, İraq Nücəba Hizbullah Hərakatının döyüşçüləri əks hücuma keçərək təkcə 6 saat ərzində 100-dən artıq vəhhabini məhv etmiş, iki tank və iki zirehli texnikasını sıradan çıxartmış və şəhərin şərq hissəsini terrorçulardan azad etmişdir.
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya Ərəb Ordusu (SAA) və İraq Nucəba Hizbullah Hərakatı Hələb əyalətində Xan Tuman şəhəri istiqamətinə irəliləməyə davam edir. Bu günə kimi müntəzəm qüvvələr Xan Tuman şəhərinin şərq istiqamətində faktiki olaraq bütün əsas yüksəkliklərə nəzarət edirlər. Hökümət qüvvələri həmçinin ABŞ, israil, Ərəbistan və Türkiyə tərəfindən maliyyələşən “Ceyş əl-Fəth” , “Nüsrə Cəbhəsi”, “Əhraru Şam”, adlı terrorçu qruplaşmaların Əl Zərbeha və Raşidin məntəqələrinin qərb və şimal-şərq istiqamətlərində həyata keçirtdikləri növbəti hücumlarının qarşısını amansızcasına almağa nail olublar.
Xatırladaq ki, Suriya Dövləti atəşkəs rejimini qəbul etdikdən sonra 6 may tarixində “Ceyş əl-Fəth” , “Nüsrə Cəbhəsi”, “Əhraru Şam”, adlı terrorçu qruplaşmalar fürsətdən istifadə edərək 3 mindən artıq zirehli texnika ilə gözlənilmədən gecə yarısı hücuma keçərək Xan Tuman şəhərini ələ keçirtmişlər. May ayının 10-da isə Suriya Ərəb Ordusu ilə, İraq Nücəba Hizbullah Hərakatının döyüşçüləri əks hücuma keçərək təkcə 6 saat ərzində 100-dən artıq vəhhabini məhv etmiş, iki tank və iki zirehli texnikasını sıradan çıxartmış və şəhərin şərq hissəsini terrorçulardan azad etmişdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır