Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycandan tanınmış ictimai, siyasi xadimləri o cumlədən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Zərdüşt Əlizadə, İlyas İsmayılov, Tahir Kərimli, Eldəniz Quliyev, Rövşən Əhmədli və digərləri konfrasda iştirak etmək üçün İran İslam Respublikasına gediblər. İslam Respublikasının bir çox elm nümayəndələrinin, ictimai xadimlərinin iştirakı ilə keçirilən tədbirdə Şuşanın işğalı, bu mədəniyyət ocağının Azərbaycan, bütövlükdə İslam Dünyası üçün əhəmiyyəti, ümumiyyətlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş müzakirələr aparılıb.

8 may 2016 - 14:57

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır