Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün Azərbaycan İslam Partiyasının təşkilatçılığı ilə əziz İslam Peyğəmbəri həzrəti Məhəmmədin (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçilməsi, Məbəs günü ilə bağlı ilə bayram tədbiri keçirilib. Tədbirdə ölkənin tanınmış ruhaniləri, siyasi xadimlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Tədbir ilk öncə Allah kəlamı ilə açıq elan edilib. Daha sonra tədbir iştirakçıları çıxış edərək İslam Peyğəmbərinin keçdiyi həyat yolu, əzəmətli şəxsiyəti, əxlaqi və yüksək mənəvi dəyərləri haqqında məlumat veriblər.

5 may 2016 - 07:17

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır