Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fransada 1 may Zəhmətkeşlər Günü münasibəti ilə keçirilən etiraz aksiyaları sonda qarşıdurmalarla nəticələnib. Aksiya iştirakçıları hökumətin təklif etdiyi əmək islahatları qanun layihəsinə qarşı çıxış ediblər. Gənc qrupun təhlükəsizlik qüvvələrinə pirotexniki vasitələrlə hücum etməsi sonda tərəflər arasında toqquşmaya səbəb olub. Polis acıbibər və gözyaşardıcı qazla aksiyaya müdaxilə edib. Fransada artıq 2 aydır ki, əmək islahatlarına qarşı etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı qarşıdurmalarda bir neçə polis əməkdaşı ağır yaralanıb.
2 may 2016 - 09:06
Xəbər kodu: 751432
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır