Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Müqtəda Sədrin tərəfdarları aksiya keçirərək Bağdadda hökümət tərkibi barəsində iclas keçirilən parlament binasının “yaşıl zonasına” daxil olublar. Belə ki, parçalanma yaşayan İraq parlamenti, yeni hökümət tərkibi üzrə namizədlərə səs verə bilməyib və iclası gələn həftənin çərşənbə axşamı gününə keçirib. Deputatlar 5 yeni nazir üçün səs verməli idilər, lakin lazımi olan səs çoxluğu əldə edilə bilməyiblər. Sədr hərəkatının tərəfdarları, bu gecikməyə və 5 yeni nazirin seçilməməsinə etiraz əlaməti olaraq parlament binasına hücuma ediblər.
30 aprel 2016 - 18:30
Xəbər kodu: 751099
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır