Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün 13 aprel 2016-cı ildə Suriya parlament seçkiləri 3000 namizədin iştirakı ilə işə başlayıb. Məlumata əsasən bunlarrdan 350 namizəd arasında ciddi rəqabətin getdiyi deyilir. Qeyd edək ki, Suriyanın bütün əyalətlərindən parlament kürsüsünə 250 yeni millət vəkilinin gələcəyi gözlənilir. Sesçki kompaniyası səhər saat 07:00 radələrindən 7000 səsvermə mərkəzlərində açıq və şəffaf sürətdə rəsmən öz işinə start verib.
13 aprel 2016 - 17:58
Xəbər kodu: 747118
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır