İmam Xamenei: "Netanyahunun həbs edilməsinə hökm verdilər, bu, kifayət deyil. Ona və bu cinayətkar liderlərə ölüm hökmü verilməlidir."
Əhli Beyt əleyhimus səlam Beynəlxalq Xəbər Agentliyi -ABNA: Bəsic (Könüllülər) həftəsi münasibəti ilə İran İslam Respublikasının hər yerindən çoxlu sayda Bəsic-könüllü Tehranda, İmam Xomeyni (r.a) adına Hüseyniyyədə Ümumdünya Müsəlmanlarının Ali Rəhbəri həzrət Ayətullah Xamenei ilə görüşüblər.
Görüşdə nitq söyləyən Ayətullah Xamenei həzrətləri çıxışının yekun hissəsində Fələstin və Livanın aktual məsələlərinə toxunaraq faşist sionist rejimin məğlubiyyəti haqda bildirib: "Axmaqlar düşünməsinlər ki, evləri, xəstəxanaları, insanların toplandığı mərkəzləri bombalamaq onların qələbəsinə işarədir; Çünki dünyada heç kim bunu qələbə hesab etmir."
Düşmənin bütün hərbi cinayətlərinə baxmayaraq Qəzzə və Livanda qalib gələ bilmədiyini vurğulayan İmam Xamenei həzrətləri əlavə ediblər: "Bunların etdiyi iş qələbə deyil, müharibə cinayətidir. Netanyahunun həbs edilməsinə hökm verdilər, bu, kifayət deyil. Ona və bu cinayətkar liderlərə ölüm hökmü verilməlidir."