Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ayətullah Əhməd Cənnətinin sədrliyi ilə Rəhbərlik üzrə Ekspertlər Məclisinin 9-cu rəsmi sessiyası İslam Şurası –parlamentinin sabiq məkanında öz işinə başlayıb. Qeyd edək ki, Ekspertlər Məclisi və ya Ekspertlər Şurası kimi də tanınan Rəhbərlik Ekspertlər Məclisi, İran İslam Respublikası Konstitusiyasının 107-ci maddəsinə əsasən, Fəqihlərdən (müctəhid yəni şəriətdə “ixtisaslı” hüquqşünaslardan) ibarət məşvərət məclisidir. Bu məclisin əsas vəzifəsi müctəhidlər arasından ən ləyaqətlisini Vəliyyi Fəqih ünvanında seçmək və onun işinə nəzarət etməkdir. Rəhbərlik Ekspertlər Məclisi üzvləri birbaşa və ya dolayısı ilə Ali Rəhbərin təsdiq etdiyi namizədlər arasından seçki yolu ilə seçilirlər. Hər bir Məclisin səlahiyyət müddəti səkkiz ildir.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!