Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İmam Cavadın (əleyhi səlam) mövludu ilə eyni vaxtda və İran İslam İnqilabının qələbəsinin qırx üçüncü ildönümü münasibətilə Vyanadakı “İmam Əli (əleyhi səlam) İslam Mərkəzi”ndə əzəmətli bayram mərasimi keçirilib. Mərasimdə İran İslam Respublikasının xarici işlər üzrə siyasi nazirinin müavini və böyük müzakirəçi doktor Əli Baqiri Kəni, İranın Avstriyadakı səfiri Abbas Bağırpur Ərdəkani, Vyanadakı “İmam Əli (əleyhi səlam) İslam Mərkəzi”nin sədri Höccətül-islam və müsəlimin Dr. Müntəziri Müqəddəm, İranın danışıqlar qrupunun bir sıra üzvləri və Avstriyada yaşayan 500-ə yaxın müsəlman iştirak edib. Avstriya şiə icmasının bir sıra elitaları da Avstriya, ərəb, türk, əfqan və urdudilli şiələr adından çıxış edərək, əlamətdar gün münasibətilə təbriklərini çatdırıblar.

12 fevral 2022 - 14:22

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!