Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Moskva Vonkova hava limanına çatan İran İslam Respublikasının prezidenti Ayətullah Seyyid İbrahim Rəisi Rusiyanın energetika naziri və İran və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın sədri və xarici işlər nazirinin müavini İqor Marqulov qarşılayıb. Cənab Rəisini Moskva səfərində İİR-ın xarici işlər naziri, neft naziri, o cümlədən iqtisadi və maliyyə nazirləri müşayiət edirlər. İbrahim Rəisi Tehrandan Rusiyaya yola düşməzdən əvvəl Tehranın Mehrabad hava limanında deyib: "Regionda Tehran və Moskva arasında ortaq və interaktiv maraqların olması təhlükəsizlik yaradır və dünyada birtərəfliliyin qarşısını alacaq".
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!