Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, 11 Azər (2 dekabr) Şiə Ruhanisi Şəhid Höccətül İslam Mirzə Kiçik Xan Cəngəlinin şəhadətinin 100-cü ildönümünə təsadüf edir; Mirzə Kiçik Xan Cəngəli kimi tanınan Mirzə Yunis 1257-ci ildə Rəştdə anadan olmuşdur. O, Məşrutəçi (İranda Qacar padşahlıq sülaləsini devirib yerinə Şiə Ruhanilərinin nəzarət etdiyi cumhuriyyət dövlətini yaradanlar) idi və sonra daxili iğtişaşlar və xaricilərin İrana müdaxiləsi səbəbindən Rəştdə qiyam qaldıran və İslami Respublika elan edən Cəngəllik Hərəkatının lideri idi; Lakin Rəşt hökümətində daxili çəkişmələr üzündən rus və ingilis qüvvələri arasında razılaşma və mərkəzi hökumətin yüksəlişi ilə Cəngəli Hərakatı uğursuzluğuna düçar oldu. Mirzə Kiçik Xan Cəngəli İslami Höküməti qorumaqdan ötəri təzə nəfəs qüvvələr toplamaq üçün Talış Dağları vasitəsi ilə gizli şəkildə daha iki nəfərlə birlikdə Lənkərana yollanır. Amma o, Lənkərana çatmamış Talış Dağları başında qar və tufanda qalıb soyuqdan dünyasını dəyişərək Şəhid olur. Bu böyük Gilan və Talış sərkərdəsinin məzarı Rəştin Süleymandərab bölgəsində yerləşir.

4 dekabr 2021 - 13:12

 

Foto: Hamid Rza Əlipur

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!