Qərbi Asiya Xəbərləri - İİR
Aban ayının 13-də Rəştdə Qlobal İmperializmə qarşı nümayiş – Foto Reportaj
Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Qlobal İmperializimlə Mübarizə Milli Gününün toplantısı bu gün, cümə axşamı (4 noyabr) Rəştin “Zəhəb Şəhidləri” meydanında, minlərlə xalq kütləsinin iştirakı ilə İlahi rəhmət yağışı altında keçirilib. Tədbirdə İslam İnqilabı Keşikçiləri Korpusu komandanının mədəniyyət və media müşaviri Həmid Rza Müqəddəmfər çıxış edib. Qeyd edək ki, Hicri Şəmsi tarixi ilə 13 Aban 1357-ci ildə (04 Noyabr 1978) İran şah rejiminə etiraz əlaməti olaraq Tehran Universiteti həyətində tələbələr toplantı keçirirlər. Səhər radələrində şah rejiminin muzdluları tələbələrə atəş açaraq 1 tələbəni Şəhid edir və daha 3 tələbəni yaralayırlar. Hadisədən 3 ay sonra İslam İnqilabı İranda Qələbə çalır və tələbələr bəyanat yayaraq 13 Abanı tələbələr günü kimi qeyd edəcəklərini bildirirlər. O gündən etibarən İran İslam Respublikasında 4 Noyabr – 13 Aban tarixi Qlobal İmperializimlə Mübarizə Milli Tələbələr Gününü kimi qeyd olunur.
Fotoqraf: HəmidRza Əlipur
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!