Qərbi Asiya Xəbərləri - Livan
Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi Bə`ləbək qəsrini ziyarət edib – Foto Reportaj
Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi Ayətullah Rza Ramazani və onu müşayiət edən nümayəndə heyəti Livana səfəri zamanı “Bə`ləbək qalası”nı ziyarət ediblər. Livanın şərqində, Bəqqa vadisində yerləşən qədim Bə`ləbək qalası dünyanın ən nadir tarixi abidələrindən biridir. Qala əslində Finikiya tarixi kökləri olan bir şəhərdir və Roma hakimiyyəti dövründə əhəmiyyətli bir yer tapmış və qədim Roma ilahələrinin ibadət yerinə çevrilmişdir. Eramızın I əsrindən indiyədək qalmış üç “Yupiter”, “Venera” və “Bakx” məbədinin qalıqları Bə`ləbək qalasının ən qədim əşyalar kolleksiyasını təşkil edir.
30 oktyabr 2021 - 15:22
Xəbər kodu: 1193629
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır