Qərbi Asiya Xəbərləri – İran İslam Respublikası
İİR-ın Ali Məhkəmə Başçısı Xanım Məsumənin (s) mübarək məzarını ziyarət etdi– Foto Reportaj
Xatırladaq ki, iyulun 5-i, 2021 tarixdə yüksək vəzifəli İİR rəsminin iştirakı ilə keçirilən mərasimdə Ali Məqamlı Rəhbərin ofisinin sədri Höccətül İslam Məhəmmədi Qolpayqani, cənab Höccətül İslam Möhsüni Ejeinin İranın Məhkəmə Hakimiyyətinə təyin olunmasına dair İslam İnqilabının Böyük Rəhbərinin hökmünü qiraət edib.
Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İran İslam Respublikasının yeni təyin edilmiş Ali Məhkəmə Başçısı Höccətül İslam vəl Müslimin "Möhsüni Ejei" müqəddəs Qum şəhərdə yerləşən Əhli-Beyt (əleyhimus səlam) Kəriməsi ləqəbi ilə məşhur olan həzrət Fatiməi Məsumənin (səlamullahi əleyha) müqəddəs ziyarətgahını ziyarət edib.
Xatırladaq ki, iyulun 5-i, 2021 tarixdə yüksək vəzifəli İİR rəsminin iştirakı ilə keçirilən mərasimdə Ali Məqamlı Rəhbərin ofisinin sədri Höccətül İslam Məhəmmədi Qolpayqani, cənab Höccətül İslam Möhsüni Ejeinin İranın Məhkəmə Hakimiyyətinə təyin olunmasına dair İslam İnqilabının Böyük Rəhbərinin hökmünü qiraət edib.
İranın yeni seçilmiş prezident Seyid İbrahim Rəisi də bu mərasimdə, dəyişikliyin məhkəmə sistemi üçün böyük əhəmiyyət daşıdığını bəyan edərək, deyib: "Gələcəyi çox ümidverici görürəm".
Məhkəmə Hakimiyyətinin yeni sədri Möhsüni Ejei də qarşıdakı illərdə məhkəmə sistemində "dəyişikliyi və yüksəlişi" əsas fəaliyyət mehvərləri kimi xarakterizə edib və deyib: "Məhkəmə sistemi, zülmdən şikayətlənən hər bir kəsin və bütün xalqın sığınacağı olmalıdır.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!