Zorxana idmanı bir mədəni irs olaraq, mənəviyyat, etika və sənəti birləşdirən, qədim dövrlərdən bəri populyar olan və nəsildən-nəslə ötürülən iranlıların dini, milli və tarixi kimliyinin simvoludur.
Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Zorxana idmanı bir mədəni irs olaraq, mənəviyyat, etika və sənəti birləşdirən, qədim dövrlərdən bəri populyar olan və nəsildən-nəslə ötürülən iranlıların dini, milli və tarixi kimliyinin simvoludur.
Rəştdəki İmam Əli (əleyhi səlam) adına Beynəlxalq Zorxana, icraatı 2009-cu ildə 1200 kvadratmetr ərazidə başlamış, İran İslam Respublikasının vitse-prezident Məhəmməd Baqir Nobaxtin iştirakı ilə istifadəyə verilmişdir.
Kompleksdə 320 nəfərlik əsas salon, ofis sahəsi və zorxana və qədim idman növlərinin idarəedilməsi üçün nəzərdə tutulmuş sahə, iki paltardəyişmə otağı, standart və müasir soyutma və istilik sistemi vardır.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!