Su bəndi açılandan bəri çay 10 gün boyunca axar vəziyyətdə olacaq. Zayanderuddakı axan su yalnız Şərqi İsfahanın bağlarını suvarmaq üçün nəzərdə tutulmuşdur.

25 iyul 2021 - 19:13

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Zayanderud çayındakı su Nikuabad su bəndindən sərbəst buraxılıb. Və İsfahanın qərbindən hərəkət edərək bu şəhərin tarixi körpülərindən keçərib, İsfahanın şərqindəki məhdud sayda torpaqlara çatıdırılıb. Su, Zayanderud çayını yenidən canlandırdı və İsfahan xalqını, xüsusilə də cütçüləri xoşbəxt etdi.

Su bəndi açılandan bəri çay 10 gün boyunca axar vəziyyətdə olacaq. Zayanderuddakı axan su yalnız Şərqi İsfahanın bağlarını suvarmaq üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, bu il, İran İslam Respublikasında görünməmiş quraqlıq hökm sürür. Bu səbəbdən də Su bəndlərindən ehtiyatla istifadə olunur.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!