Bu məscidin müxtəlif səhnlərində məsumların o cümlədən İmam Sadiqin (əleyhi səlam), İmam Səccadın (əleyhi səlam), həzrət İbrahim (əleyhi səlam) Peyğəmbərin, həzrət İdris (əleyhi səlam) Peyğəmbərin və həzrət Xıdır (əleyhi səlam) Peyğəmbərin mübarək adlarını daşıyan mehrablar düzəldilmişdir.

4 iyul 2021 - 13:26

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İraqın qədim Kufə şəhərində yerləşən Səhlə məscidi İslamın ən məşhur və qədim məscidlərindən biridir ki, Hicri Qəməri tarixi ilə İslamın birinci əsrində inşa edilmişdir.

Səhlə məscidi İmam Zaman (Allah Təala Onun şərəfli zühurunu tezləşdirsin) həzrətlərinə nisbət verilən məscidlərdən biridir. Bəzi rəvayətlərə əsasən İmam Zaman (Allah təala Onun şərəfli zühurunu tezləşdirsin) həzrətləri zühur etdikdən sonra Səhlə məscidində yaşayacaqdır.

Bu məscidin müxtəlif səhnlərində məsumların o cümlədən İmam Sadiqin (əleyhi səlam), İmam Səccadın (əleyhi səlam), həzrət İbrahim (əleyhi səlam) Peyğəmbərin, həzrət İdris (əleyhi səlam) Peyğəmbərin və həzrət Xıdır (əleyhi səlam) Peyğəmbərin mübarək adlarını daşıyan mehrablar düzəldilmişdir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!