Şiələrin təşəbbüsü ilə keçirilən bu mərasimdə ilk öncə Quran Kərimin tilavət olunub. Daha sonra Hüseyniyyəyə toplaşan uşaqlara əli şləri görmək üçün rəsm dəftərləri paylanılıb.
Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, dünyanın bir çox ölkələrində olduğu kimi Avstraliyada da 8-ci İmam həzrət Əli ibn Musa əl-Rzanın doğum gününün ildönümü ölkə vətəndaşları tərəfindən təntənəli sürətdə qeyd edilib.
Belə ki, Avstraliyanın paytaxtı Sidney şəhərində yerləşən İmam Səccad (əleyhi səlam) adına Hüseyniyyədə uşaqlar və yeni-yetmələr üçün bayram mərasimi qeyd edilib.
Şiələrin təşəbbüsü ilə keçirilən bu mərasimdə ilk öncə Quran Kərimin tilavət olunub. Daha sonra Hüseyniyyəyə toplaşan uşaqlara əli şləri görmək üçün rəsm dəftərləri paylanılıb.
Qeyd edək ki, Kəramət Ongünlüyü Əhli Beyt (ə) dostlarının şənlik günləri sayılır. Bu ongünlük Əhli-Beytin (əleyhimus səlam) səkkizinci nuru həzrət İmam Rzanın (əleyhi səlam) əziz bacısı xanım Fatimeyi Məsumənin (səlamullahi əleyha) mövlud günündən yəni 1 Zil Qədə ayından İmam Rzanın (əleyhi səlam) mövlud gününə 11 Zil Qədə ayına kimi davam edir.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!