Avstriyanın Linz şəhərində yerləşən əl-Zəhra (s.ə) İslam Mərkəzindəki Əhli-Beyt (əleyhimus səlam) məktəbinin bir qrup davamçısının iştirakı ilə bayram mərasimi qeyd edilib.
Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, dünyanın bir çox ölkələrində olduğu kimi Avstriyada da 8-ci İmam həzrət Əli ibn Musa əl-Rzanın doğum gününün ildönümü ölkə vətəndaşları tərəfindən təntənəli sürətdə qeyd edilib.
Belə ki, Avstriyanın Linz şəhərində yerləşən əl-Zəhra (s.ə) İslam Mərkəzindəki Əhli-Beyt (əleyhimus səlam) məktəbinin bir qrup davamçısının iştirakı ilə bayram mərasimi qeyd edilib.
Şiələrin təşəbbüsü ilə keçirilən mərasimdə ilk öncə Quran Kərimin tilavət olunub. Daha sonra mərkəzin ruhanisi çıxış edib. Sonda Əhli Beyt (əleyhimus səlam) Məddahları İmam Rzanın və digər Məsumların şəninə təriflər söyləyiblər.
Qeyd edək ki, Kəramət Ongünlüyü Əhli Beyt (ə) dostlarının şənlik günləri sayılır. Bu ongünlük Əhli-Beytin (əleyhimus səlam) səkkizinci nuru həzrət İmam Rzanın (əleyhi səlam) əziz bacısı xanım Fatimeyi Məsumənin (səlamullahi əleyha) mövlud günündən yəni 1 Zil Qədə ayından İmam Rzanın (əleyhi səlam) mövlud gününə 11 Zil Qədə ayına kimi davam edir.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!