Avstraliyanın paytaxtı Sidney şəhərində yerləşən həzrəti İmam Səccad (əleyhi səalm) adına Hüseyniyyədə bir qrup Şiə və Əhli Beyt (əleyhimus səlam) davamçıları İmam Rzanın (əleyhi səlam) milad bayramını qeyd ediblər.

28 iyun 2021 - 13:37

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, dünyanın bir çox ölkələrində olduğu kimi Avstraliyada da 8-ci İmam həzrət Əli ibn Musa Kazımın (əleyhimə səlam) viladətinin ildönümü  qeyd edilib.

Avstraliyanın paytaxtı Sidney şəhərində yerləşən həzrəti İmam Səccad (əleyhi səalm) adına Hüseyniyyədə bir qrup Şiə və Əhli Beyt (əleyhimus səlam) davamçıları İmam Rzanın (əleyhi səlam) milad bayramını qeyd ediblər.

Bayram mərasimində ilk öncə Quran Kərimin tilavət olunub. Daha sonra İmam Səccad (əleyhi səlam) adına Hüseyniyyənin ruhanisi çıxış edib. Sonda Əhli Beyt (əleyhimus səlam) Məddahları İmam Rzanın (əleyhi səlam) və digər Məsumların şəninə təriflər söyləyiblər.

Qeyd edək ki, Kəramət Ongünlüyü Əhli Beyt (ə) dostlarının şənlik günləri sayılır. Bu ongünlük Əhli-Beytin (əleyhimus səlam) səkkizinci nuru həzrət İmam Rzanın (əleyhi səlam) əziz bacısı xanım Fatimeyi Məsumənin (səlamullahi əleyha) mövlud günündən yəni 1 Zil Qədə ayından İmam Rzanın (əleyhi səlam) mövlud gününə 11 Zil Qədə ayına kimi davam edir.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!