Kəramət Ongünlüyü Münasibəti ilə
İmam Rzanın (ə) hərəminin mübarək Bayrağı Nigeriya Şiələrinə təhvil verildi – Foto
Nigeriya Fovziyə İslami Mərkəzinin təşəbbüsü ilə keçirilən təntənəli mərasim ilk öncə Quran Kərimin tilavət olunub, Əhli Beyt (əleyhimus səlam) Məddahları İmam Rzanın şəninə təriflər söyləyiblər. Daha sonra Şiələr İmam Rzanın (əleyhi səlam) hərəminin mübarək Bayrağını təbərrük ediblər. Sonda Bayraq Fovziyə Mərkəzinin önündə göyə ucaldılıb.
Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Nigeriyanın paytaxtı Abuca şəhərində yerləşən Fovziyə İslami Mərkəzi 8-ci İmam həzrət Əli ibn Musa Kazımın (əleyhimə səlam) viladətinin ildönümü münasibəti ilə İran İslam Respublikasının Xorasan şəhərindən gətizdirilmiş İmam Rzanın (əleyhi səlam) müqəddəs hərəminin mübarək Bayrağını təhvil alıb.
Nigeriya Fovziyə İslami Mərkəzinin təşəbbüsü ilə keçirilən təntənəli mərasim ilk öncə Quran Kərimin tilavət olunub, Əhli Beyt (əleyhimus səlam) Məddahları İmam Rzanın şəninə təriflər söyləyiblər. Daha sonra Şiələr İmam Rzanın (əleyhi səlam) hərəminin mübarək Bayrağını təbərrük ediblər. Sonda Bayraq Fovziyə Mərkəzinin önündə göyə ucaldılıb.
Bildirək ki, mərasimdə xeyli sayda qadın və kişilər ilə yanaşı çoxlu sayda uşaq, cavan və yeniyetmələr də, yaxından iştirak etmişdir.
Qeyd edək ki, Kəramət Ongünlüyü Əhli Beyt (ə) dostlarının şənlik günləri sayılır. Bu ongünlük Əhli-Beytin (əleyhimus səlam) səkkizinci nuru həzrət İmam Rzanın (əleyhi səlam) əziz bacısı xanım Fatimeyi Məsumənin (səlamullahi əleyha) mövlud günündən yəni 1 Zil Qədə ayından İmam Rzanın (əleyhi səlam) mövlud gününə 11 Zil Qədə ayına kimi davam edir.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!