İstanbulun İmam Rza (əleyhi səlam) adına Məscidində keçirilən mərasimə onlarla tanınmış şəxslər iştirak edib. Mərasimdə ilk öncə Quran Kərimin tilavət olunub. Daha sonra ruhanilər çıxış ediblər. Sonda Əhli Beyt (əleyhimus səlam) Məddahları İmam Rzanın və digər Məsumların şəninə təriflər söyləyiblər.

26 iyun 2021 - 17:52

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Türkiyənin strateji şəhərlərindən biri olan İstanbulda 8-ci İmam həzrət Əli ibn Musa Kazımın (əleyhimə səlam) viladətinin ildönümü münasibəti ilə şənlik mərasimi keçirilib.

İstanbulun İmam Rza (əleyhi səlam) adına Məscidində keçirilən mərasimə onlarla tanınmış şəxslər iştirak edib. Mərasimdə ilk öncə Quran Kərimin tilavət olunub. Daha sonra ruhanilər çıxış ediblər. Sonda Əhli Beyt (əleyhimus səlam) Məddahları İmam Rzanın və digər Məsumların şəninə təriflər söyləyiblər.

Bildirək ki, mərasimdə qadın və kişilər ilə yanaşı onlarla uşaq, cavan və yeniyetmələr də, yaxından iştirak etmişdir.

Qeyd edək ki, Kəramət Ongünlüyü Əhli Beyt (ə) dostlarının şənlik günləri sayılır. Bu ongünlük Əhli-Beytin (əleyhimus səlam) səkkizinci nuru həzrət İmam Rzanın (əleyhi səlam) əziz bacısı xanım Fatimeyi Məsumənin (səlamullahi əleyha) mövlud günündən yəni 1 Zil Qədə ayından İmam Rzanın (əleyhi səlam) mövlud gününə 11 Zil Qədə ayına kimi davam edir.

  

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!