Kəramət Ongünlüyü Münasibəti ilə
İmama Hadi və İmam Əskərinin (ə) hərəmlərində İmam Rzanın (ə) milad bayramı qeyd edilib – Foto
Quran Kərimin tilavəti ilə, başlanan mərasimdə Əskəriyeyn (əleyhimə səlam) hərəminin xadimləri və ruhanilər çıxış edərək xalqı təbrik etmişlər.
Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İraqın Səlahəddin əyalətinin Samirra şəhərində yerləşən 10-cu və 11-ci İmamların həzrət İmam Əliyyən Nəqi (əleyhi səlam) və həzrət İmam Həsən Əskərinin (əleyhi səlam) pak hərəmlərində 8-ci İmam həzrət Əli ibn Musa Kazımın (əleyhimə səlam) viladətinin ildönümü münasibəti ilə bayram mərasimi keçirilib.
Quran Kərimin tilavəti ilə, başlanan mərasimdə Əskəriyeyn (əleyhimə səlam) hərəminin xadimləri və ruhanilər çıxış edərək xalqı təbrik etmişlər.
Qeyd edək ki, Kəramət Ongünlüyü Əhli Beyt (ə) dostlarının şənlik günləri sayılır. Bu ongünlük Əhli-Beytin (əleyhimus səlam) səkkizinci nuru həzrət İmam Rzanın (əleyhi səlam) əziz bacısı xanım Fatimeyi Məsumənin (səlamullahi əleyha) mövlud günündən yəni 1 Zil Qədə ayından İmam Rzanın (əleyhi səlam) mövlud gününə 11 Zil Qədə ayına kimi davam edir.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!