Rəsmi mənbələrə görə, ölən və xəsarət alanların böyük əksəriyyəti qadınlar və məktəbin qız şagirdləridir. Bu hücumların məsuliyyətini Amerika Birləşmiş Ştatları tərəfindən Barak Obamanın prezidentliyi və Hilari Klintonun baş naziri zamanında yaradılan qondarma İŞİD terror qruplaşması öhdəsinə götürüb.

12 may 2021 - 01:34

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Əfqanıstanın paytaxtı Kabuldə Seyyidul Şuhədə qızlar məktəbinin yaxınlığında törədilmiş silsilə partlayışlar nəticəsində azı 53 nəfər şəhid olmuş, 151 nəfər isə yaralanmışdır.

Kabulun 13-cü əmniyyət məntəqəsi olan Dəşte Bərçi bölgəsində yerləşən qızlar məktəbi yaxınlığında ardıcıl baş verən 3 terror hadisələri məktəbin tətil vaxtında və tələbələrin məktəbdən çıxıb evə döndükləri zaman baş verib. İlk öncə məktəbə bitişik olan klinikanın önündə dayanmış, daxilinə bomba yüklənmiş Korolla markalı maşın partlayır. Daha sonra partlayış nəticəsində şagirdlər panikaya düşərək qaçdıqları zaman vəhhabi terrorçuları tərəfindən ətrafa bastırılmış minalara düşərək daha iki partlayış əmələ gəlir.

Rəsmi mənbələrə görə, ölən və xəsarət alanların böyük əksəriyyəti qadınlar və məktəbin qız şagirdləridir. Bu hücumların məsuliyyətini Amerika Birləşmiş Ştatları tərəfindən Barak Obamanın prezidentliyi və Hilari Klintonun baş naziri zamanında yaradılan qondarma İŞİD terror qruplaşması öhdəsinə götürüb.

Qeyd edək ki, Əfqanıstanın Şiə cavanları xəstəxanalara axışaraq xəsarət alanlara qanlarını hədiyyə ediblər.

Xatırladaq ki, məktəbin yerləşdiyi paytaxtın şiələrin yığcam məskunlaşdığı qərb hissəsi son illər İŞİD tərəfindən mütəmadi hücumlar hədəfinə çevrilir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!