Müqəddəs Qumun Cəmkəran Məscidində kemirilən mərasimdə ilk öncə Quran Kərimi tilavət edilmiş, daha sonra Xətib çıxış edərək Qədr Gecəsinin əməlləri, fəziləti və həzrəti Əmirəl Möminin, Əli İbn Əbu Talibin (əleyhi səlam) fəziləti barəsində danışmışdır. Xətibin çıxışından sonra isə, Əhli Beyt (əleyhimus səlam) məddahları rovzə oxumuş, mərsiyələr deyilmiş və Quranları başa qoyaraq əməlləri yerinə yetirmişlər.

12 may 2021 - 00:55

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, hər il olduğu kimi bu il də İran İslam Respublikasının bütün əyalət və bölgələrində Mübarək Ramazan ayının ayinləri xüsusi ilə də həzrəti Əmirəl Möminin Əli İbn Əbu talibin (əleyhiməs səlam) şəhadət gecəsini canla başla qeyd edilib.

İran İslam Respublikasının Məsumeyi Qum şəhərinin mömin camaatı məğrib və işa namazları qıldıqdan və iftar etdikdən sonra həzrət Xanım Fatiməyi Məsumənin pak hərəmi və Cəmkəran Məscidi başda olmaqla Qum əyalətinin müxtəlif ziyarətgahlarında və Məscidlərində Əhya gecələrini ixlasla və xüsusi bir istəklə qeyd ediblər.

Bildirək ki, Müqəddəs Qumun Cəmkəran Məscidində kemirilən mərasimdə ilk öncə Quran Kərimi tilavət edilmiş, daha sonra Xətib çıxış edərək Qədr Gecəsinin əməlləri, fəziləti və həzrəti Əmirəl Möminin, Əli İbn Əbu Talibin (əleyhi səlam) fəziləti barəsində danışmışdır. Xətibin çıxışından sonra isə, Əhli Beyt (əleyhimus səlam) məddahları rovzə oxumuş, mərsiyələr deyilmiş və Quranları başa qoyaraq əməlləri yerinə yetirmişlər.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!