Milyonlarla aksiya iştirakçıları "GO OUT" ingilis ibarəsi ilə birbaşa şəkildə Amerikaya və bu ölkənin prezidenti Donald Trampa xitab edərək, “Amerika bizim ölkəmizdən rədd ol, get!”; “Amerikaya ölüm!” və “sionist rejimə ölüm!” şüarları səsləndirib və qəsbkar amerikalı qüvvələrin tez bir zamanda bu ölkəni tərk etmələrinin vacibliyini vurğulayıblar.

25 yanvar 2020 - 10:38

Əhli Beyt (əleyhimus səlam) Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata görə, İraq xalqı bu gün 24 Yanvar 2020 tarixdə ölkədəki işğalçı ABŞ qüvvələrinin çıxması üçün milyonluq nümayişlərinə başlayıblar.

Bağdad vaxtı ilə səhər saat 09:00-dan başlayan ABŞ əleyhinə mitinqlərin görkəmli olması üçün başda İraqın aparıcı dini şəxsiyyətləri və siyasi liderləri ilə yanaşı, qeyri-hökumət təşkilatları da müxtəlif çağırışlar etmişlər.

İraqın siyasi və milli rəhbərləri, dini şəxsiyyətləri və islami müqavimət qrupları Amerikanın İraqdakı iştirakına qarşı yönəlmiş bu aksiyanı “suverenlik günü”, bəziləri isə 1920-ci il inqilabı və ingilis müstəmləkəçilərin biabırçı tərzdə İraqdan çıxmalarının təkrar olması adlandırıblar.

İraqlı aksiyaçılar öz şüarlarında Amerikaya nifrət ifadə ediblər. Onlar "GO OUT" ingilis ibarəsi ilə birbaşa şəkildə Amerikaya və bu ölkənin prezidenti Donald Trampa xitab edərək, “Amerika bizim ölkəmizdən rədd ol, get!”; “Amerikaya ölüm!” və “sionist rejimə ölüm!” şüarları səsləndirib və qəsbkar amerikalı qüvvələrin tez bir zamanda bu ölkəni tərk etmələrinin vacibliyini vurğulayıblar.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!