Biz Hamımız Süleymaniyik!
Cənubi Afrikada general Süleymani və Mühəndisi ilə birlikdə şəhid olanların xatirəsi anıldı - Foto
Mərasimə Şiələr ilə yanaşı yüzlərlə əhli sünnə məzhəbinin davamçılarından və Ali Təhsil Ocaqlarında təhsil alan tələbələrdən də qatılan olub.
Əhli Beyt (əleyhimus səlam) Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata görə, Marşal Hac Qasım Süleymani, general Əbu Mehdi əl Mühəndisi və onların yoldaşlarının xatirəsi Cənubi Afrikada qeyd olunub.
Cənubi Afrika Müsəlmanlarının siyasi xadimləri, mədəniyyət nümayəndələrinin iştirakı ilə keçirilən anım mərasimi Keyptaun şəhərində yerləşən Əhli Beyt (əleyhius səlam) adına Məsciddə qeydə alınıb. Mərasimin idarəçiliyi Ümüdünya Əhli Beyt (ə) Assambleyasının Cənubi Afrika üzrə üzvü Höccətül İslam vəl Müslimin Seyyid Aftab Heydərin üzərində olub.
Mərasimə Şiələr ilə yanaşı yüzlərlə əhli sünnə məzhəbinin davamçılarından və Ali Təhsil Ocaqlarında təhsil alan tələbələrdən də qatılan olub.
Xatırladaq ki, 2020-ci il yanvarın 3-nə keçən gecə ABŞ pilotsuz təyyarəsindən endirilən dəqiq raket zərbələri nəticəsində general Qasım Süleymani öldürülüb. Terror əməliyyatı Bağdad aeroportu yaxınlığında ABŞ Xüsusi Əməliyyatlar üzrə Birləşmiş Komandanlığı USSOCOM tərəfindən həyata keçirilib. Terror əməliyyatında pilotsuz təyyarələrdən istifadə olunub və general Süleymaninin də olduğu avtomobil kalonuna raket zərbələri endirilib. Nəticədə Qasım Süleymani ilə yanaşı "Həşd-Şabi"nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Rza əl-Cabiri və "Həşd-Şabi" təşkilatının komandir müavini Əbu Mehdi əl-Mühəndisi başda olmaqla daha yeddi nəfər, uca şəhidlik məqamına yüksəliblər.
Qeyd edək ki, General Qasım Süleymani rəsmi Bağdad tərəfindən İraqa dəvət edilib. Bu səbəbdən də General Qasım Süleymani, Əbu Mehdi əl-Mühəndis təyyarə ilə Suriyadan Bağdada gəliblər. Daha sonra onları aparan avtomobil korteji aerportu tərk edib, amma çox keçmədən aeroport ərazisində onları Amerika raketləri haqlayıb. Raketlərdən biri düz general Süleymaninin olduğu avtomobilə dəyib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!