Şəhidləri yad edənlər həmçinin vurğulamışlar: "Amerika cinayətkar ordusu İraq torpaqlarını tərk etməlidir. Biz Allahın izni ilə düşmənlərdən ağır intiqamımızı alacağıq."

17 yanvar 2020 - 15:28

Əhli Beyt (əleyhimus səlam) Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata görə, İraqda Müqavimət Cəbhəsinə dəstək olanlar, ötən gecə, Cümə Axşamı general-leytinat Hac Qasım Süleymani, general Əbu Mehdi əl Mühəndisi və onlarla birlikdə şəhid olanların Bağdad beynəlxalq hava limanı kənarında terror edildikləri yerdə toplaşmışlar.

Müqavimət Cəbhəsinin dəstəkçiləri şəhidlərin uca ruhlarına dualar və Quran Kərimdən sürələr oxumuşlar. Şəhidlərin xatirələrini ananlar elan edərək bildirişlər ki, şəhidlərin qanından keçməyəcəklər.

Şəhidləri yad edənlər həmçinin vurğulamışlar: "Amerika cinayətkar ordusu İraq torpaqlarını tərk etməlidir. Biz Allahın izni ilə düşmənlərdən ağır intiqamımızı alacağıq."

Xatırladaq ki, 2020-ci il yanvarın 3-nə keçən gecə ABŞ pilotsuz təyyarəsindən endirilən dəqiq raket zərbələri nəticəsində general Qasım Süleymani öldürülüb. Terror əməliyyatı Bağdad aeroportu yaxınlığında ABŞ Xüsusi Əməliyyatlar üzrə Birləşmiş Komandanlığı USSOCOM tərəfindən həyata keçirilib. Terror əməliyyatında pilotsuz təyyarələrdən istifadə olunub və general Süleymaninin də olduğu avtomobil kalonuna raket zərbələri endirilib. Nəticədə Qasım Süleymani ilə yanaşı "Həşd-Şabi"nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Rza əl-Cabiri və "Həşd-Şabi" təşkilatının komandir müavini Əbu Mehdi əl-Mühəndisi başda olmaqla daha yeddi nəfər, uca şəhidlik məqamına yüksəliblər.

Qeyd edək ki, General Qasım Süleymani rəsmi Bağdad tərəfindən İraqa dəvət edilib. Bu səbəbdən də General Qasım Süleymani, Əbu Mehdi əl-Mühəndis təyyarə ilə Suriyadan Bağdada gəliblər. Daha sonra onları aparan avtomobil korteji aerportu tərk edib, amma çox keçmədən aeroport ərazisində onları Amerika raketləri haqlayıb. Raketlərdən biri düz general Süleymaninin olduğu avtomobilə dəyib.

 

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!