4 yanvar 2020 - 09:47
Təxti-Rəvançi: " General Süleymaninin terror edilməsinin cavabı hərbi olacaq"

İran İslam respublikasının BMT-dəki daimi nümayəndəsi İraqda ABŞ-ın terrorçu hərbçiləri tərəfindən general Qasim Süleymanin terror etməsinə reaksiyada deyib: " Hərbi əməliyyatın cavabı mütləq hərbi olmalıdır".

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Məcid Təxti-Rəvançi dünən gecə CNN telekanalına müsahibəsində qeyd edib ki, amerikalılar İranın yüksək rütbəli komandanlarından birini hərbi əməliyyat yolu ilə şəhid ediblər və bunun cavabının harada, nə vaxt və necə olacağını zaman göstərəcək.  

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi " müharibədən hansısa bir əlamət görürsüzmü" sualın cavabında isə  deyib ki,  əslində general Süleymaninin terror edilməsi ABŞ-ın İran xalqına qarşı mühribəsi idi.

Təxti-Rəvançi əlavə edib: " Keçən gecə amerikalılar general Süleymanini şəhid etməklə yeni bir fəsil açdılar və bu yeni fəsil İrana qarşı müharibə başlatmaqla bərabərdir.

İranın BMT-dəki daimi nümayəndəsi "İslam İnqilabının Böyük Rəhbərinin cinayətkarları sərt qisas gözlədiyinidən söz açmasını və bu cinayətkarların amerikalılardan başqa bir kəs olmadığını müharibə xəbərdarlığı kimi dəyərləndirmək olarmı" sualın cavabında deyib: " Amerikalılar uzun müddətdir İrana qarşı müharibəyə başlayıblar".

"İran İslam Respublikası baş verənlərə göz yummayacaq və mütləq intiqam alacaq və bu intiqam sərt olacaq" deyə Təxti-Rəvançi əlavə edib.

İslam İnqilabının Keşikçiləri Korpusu-Sepahın Qüds qüvvələrinin komandanı general-leytenant Qasim Süleymani və İraqın Əl-Həşdüşşəbi qüvvələrinin komandan müavini Əbu Mehdi Əl-Mühəndis cümə günü səhər saatlarında Bağdad aeroportuna ABŞ-ın təcavüzkar və terrorçu qüvvələrinin endirdiyi raket zərbələri nəticəsində şəhid oldular.

..........
340