1 yanvar 2020 - 09:44
Amerika Qərbi Asiyada daha 750 hərbçi yerləşdirəcək

Amerikanın müdafiə nazirliyi- Pentaqon dünən gecə bildirib ki, Vaşinqton İraq hadisələrinə cavab olaraq, Qərbi Asiyada 750 amerikalı hərbçi yerləşdirmək istəyir.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Amerikanın müdafiə naziri Mark Esper də deyib ki, amerikalı qüvvələr qarşıdakı günlərdə Qərbi Asiyada yerləşməyə hazırdırlar.

Amerika müxtəlif bəhanələrlə ötən ilin mayından bəri bütövlükdə on dörd min hərbçini Qərbi Asiyaya göndərib.

ABŞ-ın bu hərəkəti geniş reaksiyalara səbəb olubdur.

BMT-nin baş katibi Antonio Quterreş son zamanlar amerikalılardan istəmişdi ki, bölgədə gərginlik və toqquşma yaratmaqdan çəkinsinlər.

..........
340