30 dekabr 2019 - 08:09
Laricani: Suriya böhranı dövrü başa çatıb

İran İslam Şurası Məclisinin sədri deyib ki, Suriya böhranı dövrü başa çatıb və bu ölkə quruculuq dövrünə daxil olubdur.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əli Laricani Tehranda Suriyanın köçəri tayfaları və qəbilə başçılarından bir qrupu ilə görüşdə bu ölkənin əsas qanununun işlənib hazırlanmasının önəminə toxunaraq, əlavə edib: Suriya xalqının qəyyuma ehtiyacı yoxdur və xarici təzyiq olmadan ölkəsinin əsas qanununu hazırlayıb, qəbul etməlidir.

Laricani həmçinin bəzi Suriya problemlərinin həllinə təkid edib. Bildirib ki, terrorçuların İdlib bölgəsində iştirakının zərərli təsiri var və bu problem tez bir zamanda aradan qaldırılmalıdır.

İran İslam Şurası Məclisinin sədri sonra deyib: Bəzi region ölkələri iddia ediblər ki, Suriya qısa bir müddət ərzində süqut edəcək, O, bildirib ki, Suriya, düşmənlərin təhlükəli fitnəsinə qalib gələ bilibdir.

..........
340