ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Donald Tramp öz şəxsi tvitter səhifəsində yazıb: Saxta xəbərlər yayan medialar və onların şərikləri olan demokrat partiyası imkan daxilində müttəfiq respublikaçı partiyası üçün həyatı çətinləşdirmək istəyirlər.
Tramp öz impiçmentinin hoqqabazlıq adlandırıb.
ABŞ konqresinin nümayəndələr palatasının məhkəmə komitəsinin məlumatı Trampı ölkəyə xəyanətdə və prezidentlik mövqeyindən siyasi-şəxsi sui-istifadədə ittiham edibdir.
Amerika kəşfiyyat icmasının bir işçisi son zamanlar ifşa etdi ki, ABŞ prezidenti iyulun 25-də Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon söhbətində 2020-ci il Amerika prezident seçkilərində ehtimal üzrə əsas rəqibi olacaq Co Baydenin oğlu Hanter Baydenin məhkəmə işi ilə bağlı fikir bildirməsi üçün Zelenskini təzyiq altında qoyubdur.
Bu söhbətin mətninə görə, Tramp Ukraynaya 400 milyon dollarlıq hərbi köməyin ödənilməsini Zelenskinin Bayden işində həmkarlığı ilə şərtləndirmişdi.
ABŞ konqresinin nümayəndələr palatasında Trampın impiçmentinin araşdırılması iclası çərşənbə günü keçiriləcək. Senat da impiçmentin yekun iclasının keçiriləcəyi və onun mühakimə ediləcəyi tarixi gələn ilin yanvar ayı elan edibdir.
..........
340