14 dekabr 2019 - 09:39
Trampın impiçmenti üzrə səsvermədə təxir

Amerika konqresinin nümayəndələr palatasının demokrat üzvləri bu ölkə prezidentinin impiçment edilməsi layihəsi barədə səsverməni təxirə salıblar.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Amerika konqresinin nümayəndələr palatasının məhkəmə komitəsinin sədri Cerri Nadler bu komitənin cümə axşamıgünkü iclasının gecə yarısınadək davam etməsindən sonra qərara aldı ki, səsvermənin zamanını cümə gününə təxirə salsın.

Demokratların bu səsverməni təxirə salmaq barədəki qərarı respublikaçıların sərt reaksiyası ilə üzləşdi.

ABŞ prezidentinin tərəfdarlarının qənaətinə görə, demokratlar səsverməni cümə günü həyata keçirmək istəyirlər ki, amerikalı səsverənlər onu televiziyadan izləyə bilsinlər.

..........
340