ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı günü bildirib; Əgər NATO Ankaranın terrorçu kimi tanıdığı qrupları , terrorçu tanımazsa, Türkiyə bu təşkilatın Baltikyanı ölkələri müdafiə planına qarşı çıxacaq.
Ərdöğan çərşənbə günü gecə NATO-nun sammitində iştirak üçün Londona yola düşməzdən əvvəl həmçinin deyib: Bununla bağlı NATO-nun zirvə sammitinin kənarında Baltikyanı ölkələrin başçıları ilə görüşlər keçirib fikir mübadiləsi aparacağıq.
Türkiyə və onun Şimali Atlantika Alyansı NATO çərçivəsindəki müttəfiqləri ilə münasibətləri bəzi səbəblərə, o cümlədən Ankaranın Rusiyadan Hava Hücumundan Müdafiə sistemlərini satın almasına və Suriyanın şmalına hücumuna görə problem ilə üzləşib.
Bəzi NATO üzvləri Türkiyənin Suriyanın şimalına hücumunu qınayıblar.
Ankara NATO-nun Baltikyanı ölkələr və Polşanı müdafiə planını himayəni,Türkiyənin kürd yaraqlılarına qarşı Suriyanın şimalına olan hərbi əməliyyatının daha çox dəstəklənməsi ilə şərtləndirib.
........
340