27 noyabr 2019 - 08:59
İran güclü qonşuluq siyasətinə inanır

İran İslam Respublikasının xarici işlər naziri dünən gecə deyib ki, İran güclü qonşuluq siyasətinə inanır və bu yolda və onun reallaşması üçün addım atır.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Məhəmməd Cavad Zərif Tehranda “EKO” iqtisadi əməkdaşlıq təşkilatı günü mərasimində deyib: İran bu qənaətdədir ki, ölkələr güclü qonşulara malik olmaqla öz hədəflərini izləyə bilərlər.

O, əlavə edib: İran “EKO” ölkələrilə malik olduğu münasibət və əməkdaşlıqlar qədər Fars Körfəzi ətrafındakı ölkələrlə də bu cür əlaqələrə malik olmaq istəyir.

Regional dövlət təşkilatı olan “EKO” 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən və iqtisadi, texniki və mədəni əməkdaşlıqları irəlilətmək məqsədilə təşkil olundu.

1992-ci ildə bu təşkilat yeni üzvləri, başqa sözlə, Əfqanıstan, Azərbaycan Respublikası, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanı öz sıralarına qəbul etdi.

........
340