26 noyabr 2019 - 08:10
Rumıniya prezidenti, prezident seçkilərində qalib gəlib

Rumıniyanın hazırkı prezidenti xalqın əksəriyyət səsini qazanaraq, bu ölkənin prezident seçkilərinin qalibi olub.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Klaus Yohanes bazar günü səslərin 66,5%-ni əldə edərək, ilkin nəticələrə əsasən, bir daha bu vəzifəyə seçilibdir.

Klaus Yohanesin yenidən prezident seçilməsi Avropa Birliyinə dəstək istiqamətində bu ölkənin yürütdüyü siyasi kursun təsdiq olunması kimi şərh olunub.

Onun sosialist partiyasından olan rəqibi səslərin 33,5%-ni əldə edə bilib.

Rumıniya xalqının bu seçkilərdə iştirak səviyyəsi əlli faiz elan olunub. Bu da bu ölkə xalqının otuz il bundan öncədən bəri ən aşağı iştirak səviyyəsi hesab olunur.

.........
340