13 noyabr 2019 - 07:47
Boliviya hadisələri; Çevriliş, ya istefa?

Morales Boliviyanın yerli əhalisi arasından bu ölkə prezidentliyinə çatan ilk Boliviya prezidenti idi. O, Amerikanın bölgədəki əksər siyasətlərini pisləyirdi.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Boliviya prezidentinin ordunun təzyiqi altında və Amerikanın tabeliyində olan müxaliflərin günbəgün artan zorakılıqlarına cavab olaraq istefa verməsindən sonra bir çox region ölkəsi, o cümlədən Venesuela, Kuba, Meksika və Argentina bu hadisələri çevriliş adlandıraraq, pislədilər.

Kolumbiya da Moralesin istefasına reaksiyada Boliviya hadisələrinin araşdırılması üçün Amerika ölkələri təşkilatının növbədənkənar iclasının keçirilməsini istədi.

Bu, Boliviyada baş verən, bir xalq hökumətinin devrilməsinin yeni forması idi. Latın Amerikası ölkələrindəki son seçkilər göstərdi ki, xalqlar məhz xalq hökumətlərinin tərəfdarıdırlar və bu, Amerika üçün böyük bir məğlubiyyət idi.

 

Xalqın səsinə hörmət/ demokratiya iddiasında olan beynəlxalq orqanların əsas vəzifələrindəndir. Amma bu dəfə seçkilərdə iştirak etmiş xalqın haqq və hüquqlarına göz yumuldu.

Morales bu seçkilərdə öz rəqibi, Vaşinqtona yaxın olan siyasətçi Karlos Mesanı məğlub  edə bildi. Müxaliflər hökuməti saxtakarlıqda ittiham edərək, küçə etirazlarına üz tutdular.

Bu hadisələrdən sonra Morales bazar günü elan etdi ki, prezident seçkilərinin yenidən keçirilməsinə dəstək verir. Bununla belə, Amerikanın istiqamətləndirməsi ilə göstərilən təzyiqlər davam etdi və nəhayət ordunun müdaxiləsi ilə və zorakılıqdan çəkinmək üçün o, istefa verməyə məcbur oldu.

Seçkilərdə saxtakarlıq məsələsi bir bəhanə idi. Bundan qabaq da Amerika Venesuelada Maduronu yatırmaq istədi, amma məğlub oldu.

Ağ Ev ilə müxalifət liderləri arasındakı təmaslar barədə ifşa olunan sənədlərə əsasən, məlum olubdur ki, Moralesə qarşı etirazlar Ağ Ev ilə koordinasiya edimiş bir plan olubdur.

2018-ci ildə Amerika Boliviyada demokratiyanı yaymaq bəhanəsilə təqribən bir milyon dollar vəsait ayırdı.

........
340