10 noyabr 2019 - 07:45
Fransada on sarı jiletli həbs olunub

Fransada sarı gödəkçəlilərin 52-ci etiraz həftəsi təhlükəsizlik qüvvələrinin basqını ilə zorakılığa çevrilib.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fransadakı etirazların 52-ci şənbəsində bu ölkə polisi azı on etirazçını həbs edib. Altı nəfər də yaralanıbdır.

Fransız mənbələr bildiriblər ki, bu ölkənin təhlükəsizlik qüvvələri şənbə günü Fransanın müxtəlif bölgələrində, o cümlədən paytaxt Parisdə, sarı jiletlilərlə qarşıdurmada dəyənək və gözyaşardıcı qazdan istifadə ediblər.

Sarı jiletlilər bu aksiyada Fransa prezidenti Emmanuel Makrona qarşı şüarlar veriblər.

Fransa 2018-ci ilin 17 noyabrından bu ölkə hökumətinin siyasətlərinə qarşı xalq etirazlarının şahididir.

Bu etirazlarda indiyə kimi 11 mindən çox insan həlak olub, 14 minə yaxın nəfər də yaralanıb və ya həbs olunubdur.

.........
340