ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bu üç komitə Boltondan istəyibdir ki, noyabrın 7-də bu komitələrə gələrək, Ukraynageyt rüsvayçılığı macərası barədə təhqiqat aparanların suallarını cavablandırsın.
Bu günlər Trampın başı Ukraynageyt rüsvayçılığına qarışıb.
Son zamanlar naməlum bir ifşaçı bildirdi ki, Tramp iyul ayının sonlarında öz ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon söhbətində ondan istəmişdi ki, 2020-ci il ABŞ prezident seçkilərində əsas rəqibi olacaq demokrat namizəd Co Baydenin imicini poza biləcək məlumatları onun ixtiyarına qoysun.
Bu rüsvayçılıqdan sonra ABŞ konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosinin göstərişi ilə Trampın impiçment edilməsi üzrə təhqiqat prosesi başlandı. İndiyədək azı 225 konqresmen Trampın impiçment edilməsinə dəstək veribdir.
.........
340