22 oktyabr 2019 - 08:58
Netanyahu hökumətin təşkilində uğursuz qalıb

Sionist rejimin hazırkı baş naziri Benyamin Netanyahu bu rejimin başçısına məlumat veribdir ki, yeni nazirlər kabinetini təşkil etməyə qadir deyildir.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Netanyahu bir video müraciətdə bildirib ki, hökumətin təşkilinin ixtiyarını sionist rejimin başçısı Reuven Rivlinə qaytarıbdır.

Sionist rejimin baş naziri bu müraciəti elə bir halda yayıbdır ki, nazirlər kabinetinin təşkili üçün hələ ik gün fürsət var.

Likud partiyasının sədri Netanyahu son günlər əhatəli bir nazirlər kabinetinin təşkili istiqamətində bu rejimin digər partiyaları ilə razılığa çatmaq üçün böyük səylər göstərmişdi.

Ötən yeddi ay ərzində sionist rejimin ikinci parlament seçkilərində "Likud" və digər bir sionist partiyanın heç biri təklikdə nazirlər kabinetini təşkil etmək üçün 61 yeri əldə edə bilməyibdir.

........
340